Azərbaycanda vergi ödəyicilərinin sayı 1,5 milyonu keçib
2024-cü il yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.515.306 vergi ödəyicisinin 1.322.461-i və ya 87,3 faizi fiziki şəxslər, 192.845-i və ya 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2022-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 8,1 faiz, hüquqi şəxslərin sayı 8,8 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 176.321 təşkil edib. Kommersiya qurumlarının sayında 9,4 faiz artım qeydə alınıb.
2024-cü il yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu tarixə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.926 vahid təşkil edib ki, bu da 2023-ci il yanvarın 1-nə nisbətən 14,1 faiz artım deməkdir.
2023-cü ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalıdır.
2023-cü il ərzində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,5 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2.160 yerli investisiyalı MMC qeydiyyata alınıb.
2023-cü il ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə 20,2 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 18,5 faiz artıb.
2024-cü il yanvar ayının 1-nə 22.563 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2023-ci il yanvarın 1-nə nisbətən 10,9 faiz artıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?