Azərbaycanın 5 şəhərində "Sığorta Festivalı" keçiriləcək

Azərbaycanın 5 şəhərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda sayca ikinci dəfə "Sığorta Festivalı" təşkil olunacaq.
Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, bu barədə təşkilatçı qurumların birgə yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də ölkəmizdə ikinci dəfə keçiriləcək "Sığorta Festivalı" layihəsidir.
Azərbaycanın 5 şəhərində Məlumata görə, festival 17 avqust – 7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala 17 avqust tarixdə Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək. Festival ardıcıl olaraq 24 avqustda Naxçıvan, 30 avqustda Sumqayıt, 31 avqustda Lənkəran və 7 sentyabrda Gəncə şəhərlərində baş tutacaq.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir. / marja.az

Banklar     Tarix: 14 avqust 2024

Oxşar xəbərlər

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd


iqtisadi xeberler valyuta kurslari investisiya dollar mezenne 1000 manatla biznes