Azərbaycanın ali məktəbi təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır

Azərbaycanın ali məktəbi təhsil proqramlarının ödənişli əsasda ixracına başlayırAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Özbəkistan səfəri çərçivəsində Buxara Mühəndislik - Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Görüş çərçivəsində, iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramı layihələrinin reallaşdırılması istiqamətində görülən işlərdən danışılıb, proqramla bağlı müvafiq qərarın Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində keçirilən 12-ci iclası zamanı verildiyi və həmin tarixdə SOCAR və "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulduğu qeyd olunub. 
Görüşdə, həmçinin, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə analoji layihələrə başladığı, sözügedən əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb. 
Bu xüsusda, BANM ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ödənişli ikili diplom proqramı ilə bağlı müqavilənin imzalanmasından məmnunluq ifadə edilib. Sənədə əsasən, təhsilin birinci ilində Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilində BANM-də oxuyacaq tələbələrin diplom müdafiəsi BANM tərəfindən həyata keçiriləcək, yekunda onlar hər iki ali təhsil ocağının diplomunu əldə edəcəklər.
Qeyd edilib ki, birgə həyata keçirilən layihələr və qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkədə rəqabətli insan kapitalının, habelə təhsil və elmi-tədqiqat sahələrinin inkişafına dəyərli töhfələr verəcəkdir.
Azərbaycanın ali məktəbi təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır/ marja.az

Maraqlı     Tarix: 08 avqust 2024

Oxşar xəbərlər

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq

ABŞ-ın texnologiya nəhəngi Google-un süni intellekt tədqiqatları ilə məşğul olan "Google DeepMind" bölməsi mətn komandaları vasitəsilə real vaxt rejimində interaktiv virtual dünyalar yarada bilən yeni "Geni

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl


iqtisadi xeberler dollarin kursu bu gun valyuta mezennesi kripto depozit faizleri