Azərbaycanın boyaları ərəb ölkələrinə ixrac ediləcək
Azərbaycanın boya istehsalçısı olan şirkət məhsullarını Küveytə və digər ərəb ölkələrinə ixrac edəcək.
Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb
FED.az xəbər verir ki, bunu "NB Holdinq" Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.
Onun sözlərinə görə, həmin ölkələrə "CORELLA" brendi altında istehsal etdikləri boyaları göndərəcəklər, artıq bunun üçün müəyyən müqavilələr bağlanılıb. İxraca bu ilin sentyabr ayından başlamaq nəzərdə tutulur. Bununla yanaşı, şirkət Qazaxıstan, Özbəkistan və Türkmənistan bazarına daxil olmaq niyyətindədir: "Artıq bir neçə ildir ki, Qazaxıstan və Özbəkistan bazarını araşdırırıq. Bu ölkələrin tikinti potensialı böyükdür. Orada bizim məhsulların satışı üçün geniş imkanlar var. Biz də bu imkanları dəyərləndiririk".
M.Quliyev əlavə edib ki, "AZPOL" və "CORELLA" brendi altında istehsal etdikləri məhsulları artıq Rusiya və Gürcüstana ixrac ediblər. Şirkət inşaat, dekorativ, sənaye, yol cizgi boyaları, quru inşaat qarışıqları, izolyasiya materialları, təmizləyici və yuyucu vasitələr, boyalar üçün dəmir və plastik qablar, yuyucu vasitələr üçün plastik qablar və s. istehsal edir: "Biz istənilən həcmdə məhsul istehsal etməyə, hətta başqa şirkətlərin də sifarişlərini həyata keçirməyə qadirik. Qablaşdırma üçün 200 qramdan 25-50 kq-a qədər olan qablar istehsal edirik" (Vergilər.az).

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?