Azərbaycanın cari əməliyyatlar balansında 10 milyard dollardan çox profisit

Azərbaycanın cari əməliyyatlar balansında 10 milyard dollardan çox profisit2022-ci ilin 6 ayı üzrə tədiyə balansının əsas göstəriciləri açıqlanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balansının ehtiyat aktivləri 4 milyard 633.5 milyon dollar təşkil edib (2021-ci ilin 6 ayı üzrə ehtiyat aktivlər  1 milyard 261.3 milyon dollar olmuşdu.). 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ilin 6 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.
Cari əməliyyatlar balansında 10,3 milyard dollarlıq profisit (2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1.9 milyard dollar olmudu), kapital və maliyyənin hərəkəti hesabında isə 5.3 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 4.6 milyard artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 101dollar/barel2 olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşmışdır.
Azərbaycanın cari əməliyyatlar balansında 10 milyard dollardan çox profisitCari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
Xarici ticarət balansı 
022-ci ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 24.8 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 16.4 milyard dollar həcmində profisit qeyri-neft sektoru üzrə 3.4 milyard dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 13 milyard dollar həcmində profisit yaranmışdır. 2022-ci ilin 6 ayında Azərbaycanın dünyanın 167 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 9.9%-i MDB üzvü olan ölkələrin, 90.1%-i isə digər xarici ölkələrin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 2.3 dəfə artaraq 18.9 milyard dollar təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ötən ilin müvafiq dövrünə (ö.i.m.d.n.)  bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.4 dəfə artaraq 17.5 milyard dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (17.5 milyard dollar) 10 milyard dollarını xam neftin, 7.2 milyard dolları təbii qazın, 0.3 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin 6 ayı üzrə qeyri-neft ixracı 32.6% artaraq 1.4 milyard dollar olmuşdur. 
Əmtəə idxalı
2022-ci ilin 6 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 21.6% artaraq 5.9 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 2.6 milyard dollar olmuş, bunun da 938.7 milyon dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 20.7% artaraq 4.8 milyard dollar olmuşdur. Qeyri-neft idxalının strukturunda metalların (79%), kərə yağının (47.7%), kağız məmulatlarının (43.9%), dənli bitkilərin (40.2%), əczaçılıq məhsullarının (30.5%), mebel məhsullarının (22.3%), ağac məmulatlarının (14.9%), alkoqollu və alkoqolsuz içkilərinin (13.6%), tərəvəz məhsullarının (13.1%), daş və şüşə məmulatlarının (9.8%), ətir və kosmetik vasitələrinin (5.3%), sabun və yuyucu vasitələrinin (4.4%) və minik avtomobillərinin (0.6%) idxalı artmışdır. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (30.7%), qazanlar, avadanlıq və mexaniki qurğuların (22.8%), tütün məhsullarının (20.1%) və şəkərin (9.6%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.3% təşkil edərək 254 milyon dollar olmuşdur.
2022-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 5.9 milyard dollar təşkil etmişdir. Bunun 3.6 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.3 mmilyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.4% artaraq 1.3 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 968.2 milyon dollar (0.9% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 363.6 milyon dollar(12.4% artım) olmuşdur. 
Qarşılıqlı xidmətlər dövriyyəsinin 36.5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.2 milyard dollar olan nəqliyyat xidmətlərinin 60.4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.3 milyard dollar qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0.9 milyard dollar təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 6.9%, idxalı isə 18.1% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin 6 ayında 14.4% artaraq 445.6 milyon dollara yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ilin 6 ayında 389.5 milyon dollar olmuşdur.
2022-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.9 dəfə artaraq 739.6 milyon dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (424.8 milyon dollar) ixracı (314.8 milyon dollar) üstələməsi nəticəsində 110 milyon dollar  həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.3 dəfə artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 424.8 milyon dollar olmuşdur. Bunun 83.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). 
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 13.8 dəfə artaraq 22.9 milyon dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 1.6 dəfə artaraq 0.5 milyard dollar olmuşdur.
İlkin gəlirlər balansı 
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.9 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 0.3 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 4.8 dəfə artaraq 2.6 mlrd.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 mlrd.$ olmuşdur. Bunun 83.1%-i 3.3 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (2.9 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.8 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri- rezidentlərə ödənilən faizlər (168.3 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (150.1 mln. $) və digər ödənişlər (118.5 mln.$) təşkil etmişdir. 3.4. 
Təkrar gəlirlər balansı 
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 1.7 mlrd.$, ödənişlər isə 0.4 mlrd.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.2%- ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 3.3 dəfə artaraq 1.6 mlrd.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 17.4% artaraq 0.3 mlrd.$ olmuşdur. Nəticədə pul baratları üzrə 1.3 mlrd.$ müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 1.3 mlrd.$ (5.9 dəfə artım) təşkil etmişdir.
KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI 
2022-ci ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 3 376.3 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (62.8 mln.$), portfel investisiyaları (280.5 mln.$) və digər investisiyalar (3 033 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 921.8 mln.$ azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-2 035.7 mln.$), neft bonusu (452.2 mln.$), portfel investisiyaları (-153.4 mln.$) və digər investisiyalar (-184.9 mln.$) hesabına formalaşmışdır.
Birbaşa investisiyalar
 Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 65.9% təşkil etmişdir. 2022-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-3 122.4 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 122.9 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (5 245.3 mln.$ əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1 097.7 mln.$ olmuşdur.
Portfel investisiyaları 
Portfel investisiyaları üzrə daxilolmalar 10.7 mln.$, ödənişlər isə 444.6 mln.$ təşkil etmişdir. Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 280.5 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 153.4 mln.$ azalmışdır. Nəticədə portfel investisiyaların axınları üzrə 433.9 mln.$ mənfi saldo yaranmışdır. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət (51.2 mln.$), bank (55.6 mln.$) və digər (168.9 mln.$) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (4.8 mln.$) hesabına artmışdır. Öhdəliklər isə dövlət (1.4 mln.$), bank (102.1 mln.$) və digər (49.9 mln.$) sektorların hesabına azalmışdır.
Neft bonusu
 2017-ci il 14 sentyabr tarixli "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in ("AÇG HPBS") 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2022-ci ilin yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.
Digər investisiyalar Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 30.3 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 754.3 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (30.4 mln.$) hesabına artmış, neft-qaz sektorunun kreditləri (387.5 mln.$), dövlət kreditləri (173.9 mln.$), dövlət zəmanətli kreditlər (188.1 mln.$) və müəssisələrin kreditləri (35.2 mln.$) hesabına isə azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1.7 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.4 mlrd.$ artmışdır.
EHTİYAT AKTİVLƏRİ 
2022-ci ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 4.6 mlrd.$ artmışdır.
BALANSLAŞDIRICI MADDƏLƏR
Hesabat dövründə tədiyə balansı üzrə balanslaşdırıcı maddələr mənfi 399 mln.$ həcmində olmuşdur.

Maliyyə     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı


iqtisadi xeberler kripto bitkoin qiymeti online pul qazanmaq avtomobil xeberleri