Azərbaycanın sığorta qrupu Xankəndidə filial açdı - FOTO
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndi şəhərində filial açan ilk sığorta şirkəti "Meqa Sığorta" ASC və "Meqa Həyat Sığorta" ASC oldu.
23 noyabr tarixində Meqa Sığorta və Meqa Həyat Sığorta şirkətlərinin rəhbər heyəti Xankəndi şəhərində "Qarabağ" filialının açılışını edib. Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi müştərilərə xidmət göstərəcək yeni filial həm həyat, həm də qeyri-həyat sığortası məhsulları təqdim edəcək.
Yeni Qarabağ filialı müştərilərə istər icbari, istərsə də könüllü sığorta məhsullarının əlçatanlığını təmin etmək, eləcə də, yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlarla təmin edilib.
Açılış mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edib.
Qeyd edək ki, "Meqa Sığorta" ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu "Meqa Həyat Sığorta" ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi və *8778 Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.
Nizamnamə kapitalı 11 mln. manat olan "Meqa Həyat Sığorta" ASC 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyətə başlayıb. Şirkət həyat sığortası üzrə fiziki və hüquqi şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığorta, kredit həyat sığortası, ipoteka həyat sığortası, həyatın yaşam sığortası, korporativ həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.


/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?