Xalq Bankdan hüquqi şəxslər üçün sərfəli avtokredit
®Xalq Bank biznes sahiblərinə özəl sərfəli avtokredit kampaniyasına start verir. Kampaniyada "Autolux Azerbaijan"ın təqdim etdiyi praktik dizayn və çevik performansı ilə biznes ehtiyaclarını qarşılayan FIAT Doblo və FIAT Ducato markalı avtomobilləri sərfəli avtokredit şərtləri ilə əldə etmək mümkün olacaq. Avtokredit illik 12 %-lə və 48 ayadək müddətə təqdim edilir. İlkin ödəniş 20%-dən başlayır, kredit daşınmaz əmlakın girovu ilə əldə edildikdə ilkin ödəniş tələb olunmur. 31.01.2025-ci il tarixədək qüvvədə olan kampaniyadan yalnız hüquqi şəxslər yararlana bilərlər.
Həmçinin, kampaniya çərçivəsində avrokreditdən yararlanan müştərilərə Xalq Bankdan 1 illik Visa Platinum Business ödəniş kartı hədiyyə olunur. Visa Platinum Business kartı müxtəlif biznes ödənişlərinin aparılması, işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanını təqdim edir. Buraya müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, sürətli keçid (Fast Track), peşəkar Visa konsyerj servisi və digər imtiyazlar daxildir. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?