Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb

Azərbaycanın dövlət borcunun məbləği açıqlanıbQeyd edək ki, 2024-cü  il 1 yanvar  tarixinə Azərbaycan Respublikasının dövlət  borcu  (daxili  vəxarici  borc) 26 milyard 850,4  milyon manat  və ya 2023-cü  il  üzrə ÜDM-in 21,8 faizini  təşkil etmişdir. Ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon ABŞ dolları) və ya  40,9 faizi xarici  dövlət borcunun, 15 milyard 866,4 milyon manatı və ya 59,1 faizi daxili dövlət borcunun payına düşür.
Marja.az xəbər verir ki, bu "Dövlət Borcu üzrə Statistik Bülleten"də bildirilir.
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıbQeyd edilib ki, 1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 6 milyard 461,2 milyon ABŞ dolları və ya 2023-cü il  üzrə Ümumi  Daxili  Məhsulun  (ÜDM) 8,9  faizini  təşkil etmişdir. Dövlət borcunun idarəedilməsi strategiyasının  icrası  olaraq,  xarici  borcun ümumi  borc  portfelində həcminin  azaldılması, habelə 2021-ci ildən  başlayaraq ÜDM-in həcminin artması xarici dövlət borcunun ÜDM-ə nisbətinin azalması ilə nəticələnmişdir.
Hesabat  tarixinə dəyişkən faiz dərəcəsi  ilə olan öhdəliklər xarici dövlət borcunun 43,1 faizini, sabit  dərəcə ilə olanlar isə 56,9 faizini  təşkil etmişdir.
Xarici dövlət borcunun 52,5 faizi 5 iləqədər olan müddətdə,  40,3  faizi  5  ildən 10 ilə qədər  olan müddətdə,  7,2  faizi  isə10  ildən  yuxarı  olan müddətdə kreditorlara qaytarılmalıdır.
1  yanvar 2024-cü   il  tarixinə xarici dövlət borcunun valyuta tərkibi  aşağıdakı  kimi olmuşdur:
ABŞ dolları – 87,9 faiz,
avro – 5,4 faiz,
XBH   (Beynəlxalq   Valyuta   Fondunun   Xüsusi Borcalma Hüquqları) –3,3 faiz,
yapon yeni – 2,9 faiz,
digər valyutalar – 0,5 faiz.
1  yanvar 2024-cü   il  tarixinə xarici   dövlət borcunun 55,7 faizi çoxtərəfli  maliyyə institutları üzrə, 35,4  faizi  xarici  bazarda  yerləşdirilmiş istiqrazlar üzrə,  8,9  faizi  isəikitərəfli  maliyyə institutlarından  cəlb edilmiş  kreditlər  üzrə öhdəliklərin payına düşür.
2024-cü  ilin 1 yanvar  tarixinə xarici dövlət borc portfelinin 35,4%-i avrobondlar  üzrə, 29,9%-i Asiya İnkişaf Bankı üzrə, 14,9%-i Dünya Bankı üzrə, 19,8%-i  isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
1 yanvar 2024-cü  il tarixinə xarici dövlət borc portfelinin 35,4 faizini və ya 2 milyard 287,3 milyon dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında  yerləşdirilmiş  dövlət  istiqrazları (avrobond) təşkil edir.
2024-cü  ilin 1  yanvar  tarixinə xarici dövlət borc portfelinin 47,9 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət  adından çıxış  edən Maliyyə Nazirliyi tərəfindən, 52,1 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr  üzrə cəlb  edilmiş öhdəliklərin payına düşür.

Maliyyə     Tarix: 29 fevral 2024

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin