Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb
Azərbaycandan Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği 3,1 milyard ABŞ dollarını ötüb.
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ölkənin Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.
O, ölkəsinin regionda iqtisadi mərkəz rolunu gücləndirdiyini bildirib: "Gürcüstan regionda əsas ticarət tərəfdaşları və investorlar üçün mühüm platformaya çevrilməkdə davam edir. Məsələn, Türkiyə 2025-ci ildə Gürcüstanın birinci ticarət tərəfdaşı olub. Azərbaycan isə ölkənin ən böyük iqtisadi tərəfdaşları sırasına daxil olaraq yeddinci yerdə qərarlaşıb".
M. Kvrivişvili xüsusilə Azərbaycanla iqtisadi əlaqələrin strateji xarakter daşıdığını vurğulayaraq iki ölkə arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın regional inkişaf üçün vacib rol oynadığını qeyd edib: "Gürcüstan hökuməti regionda etibarlı tərəfdaş kimi çıxış edərək iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir. Hökumət iqtisadi inkişafın davamlılığını təmin etmək üçün nəqliyyat və logistika infrastrukturuna böyük investisiyalar yatırmağı planlaşdırır. 2032-ci ilə qədər bu sahəyə təxminən 7 milyard ABŞ dolları investisiya yönəldilməsi nəzərdə tutulur ki, bu da Gürcüstanın regional tranzit potensialını artıracaq". (Report)

"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb
Elon Musk kimdir?
Ev şəraitində pul qazanmağın yolları
İnstaqramda biznes qurmağın yolları
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?