Azərbaycanın iqtisadi artım sürətində sıçrayış baş verib

Azərbaycanın iqtisadi artım sürətində sıçrayış baş verib2024-cü ilin yanvar ayında ölkədə 9 milyard 131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Dpvlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artmışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olmuşdur.
Qeyd edək ki, 2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
SƏNAYE İSTEHSALI
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar ayında 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artmışdır.
Sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 41,0 faiz, mebel istehsalı 40,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35,0 faiz, tikinti materiallarının istehsalı 34,5 faiz, tütün məmulatlarının istehsalı 28,3 faiz, geyim istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 24,9 faiz, hazır metal məmulatlarının istehsalı 18,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,0 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, içkilərin istehsalı 6,3 faiz artmış, poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, sair sənaye məhsullarının istehsalı 13,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,0 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artmışdır.
İNVESTİSİYALAR
2024-cü ilin yanvar ayında əsas kapitala 1 milyard 553 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5 faizi məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4 faizi) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 284,3 milyon manatını və ya 82,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 167,7 milyon manatı və ya 75,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. / marja.az

Maliyyə     Tarix: 13 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi