Azərbaycanın ixracdan gəliri azalıb, idxal xərci artıb, saldo kəskin kiçilib
2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi həcmi 43 milyard 109 milyon 552 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
O cümlədən, ixrac əməliyyatları üzrə 24 milyard 337 milyon 862 min ABŞ dolları, idxal əməliyyatları üzrə 18 milyard 771 milyon 690 min ABŞ dolları ticarət qeydə alınıb. Saldo müsbət 5 milyard 566 milyon 172 min ABŞ Dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində ticarət əməliyyatlarının cəmi həcmi 47 milyard 325 milyon 670 min ABŞ dolları, o cümlədən ixrac 31 milyard 512 milyon 989 min ABŞ dolları, idxal 15 milyard 812 milyon 681 min ABŞ dolları, saldo müsbət 15 milyard 700 milyon 308 min ABŞ dolları olmuşdu.
Beləliklə, Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2,8 dəfə azalıb.
Son bir ildə ölkə üzrə ixrac 22.8% azalıb, idxal isə 18.7% artıb.



"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?