Azərbaycanın logistik habı Çinin iri meyvə bazarı ilə memorandum imzalayıb

Azərbaycanın logistik habı Çinin iri meyvə bazarı ilə memorandum imzalayıbAzərbaycanın şimal bölgəsində yerləşən, "bir pəncərə" sistemi ilə idarə edilən çoxfunksiyalı logistik hab olan "Food City Agrocomplex" ilə Çinin iri meyvə bazarı "Jiaxing Fruit Market" arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.
Marja xəbər verir ki, Əməkdaşlığın əsas məqsədi tərəflərin qarşılıqlı tərəfdaş kimi tanınması, Azərbaycan məhsullarının, xüsusilə də yaş meyvə və tərəvəzlərin Çinə ixracının təşviqi, eyni zamanda, Çin məhsullarının Azərbaycan vasitəsilə Avropaya çıxışı üçün regional tranzit və multimodal daşıma imkanlarının yaradılmasıdır.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
"Food City Agrocomplex" bildirib ki, imzalanan memorandum Azərbaycanın aqrar ixrac potensialının gücləndirilməsinə, məhsulların yeni bazarlara çıxışına, fermerlərin məhsullarının əlavə dəyər qazanmasına və ölkənin regional tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
"Food City Agrocomplex"in 11,71 hektarlıq infrastrukturu - soyuducu anbarlar, terminal sahələri, çeşidləmə və qablaşdırma avadanlıqları, həmçinin gündəlik 24 test və 400-dən artıq analiz imkanı olan laboratoriyası məhsulların beynəlxalq bazarlara çıxışında dəyər zəncirinin formalaşmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır. Kompleksin illik 750 min ton yükaşırma potensialı isə Azərbaycanın ixrac imkanlarını daha da genişləndirir.
Qeyd edək ki, "Jiaxing Fruit Market"in illik dövriyyəsi təxminən 10 milyard ABŞ dolları (17 milyard manat), illik məhsul satışı isə 4 milyon ton civarındadır. Yerli və beynəlxalq ticarət şirkətləri ilə istehsal mərkəzləri arasında mühüm mövqeyə malik olan şirkət həm daxili istehlak bazarında, həm də Avropa, Rusiya və digər Asiya ölkələrinə ixrac istiqamətində aparıcı oyunçulardan biridir.
"Food City Agrocomplex" bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik hab olaraq, Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz üzərindəki unikal coğrafi üstünlüyündən strateji şəkildə faydalanır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yanaşı, mərkəz yalnız yerli məhsulların ixrac potensialının artırılmasına deyil, həm də regional tranzit və multimodal daşımaların səmərəli idarə olunmasına xidmət edən beynəlxalq əməkdaşlıq platformalarının qurulmasını hədəfləyir.
Bu məqsədlə "Food City Agrocomplex" BƏƏ, Özbəkistan və digər ölkələrin aparıcı şirkətləri ilə işgüzar görüşlər keçirərək strateji tərəfdaşlıq imkanlarını müzakirə edir.

/ marja.az

Maliyyə     Tarix: 11 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari