Azərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİR

Azərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİRİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın dekabr sayını təqdim edib.
Marja xəbər verir ki, İcmala əsasən, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3% artaraq 923 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracı 4,4% artaraq 701,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 58,3% artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.
Cari ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (186,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (168,9 milyon ABŞ dolları) ikinci, tomat (155,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 507,1 milyon ABŞ dolları, Gürcüstana 252,9 milyon ABŞ dolları,  İsveçrəyə 193,6 milyon ABŞ dolları, ABŞ-yə isə 129,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin noyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (33,6 milyon ABŞ dolları) birinci, qızıl (23,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (18,9 milyon ABŞ dolları) üçüncü olub.
Cari ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (111,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (30,1 milyon ABŞ dolları) ikinci, İsveçrə (24,7 milyon ABŞ dolları) üçüncü  olub.
Azərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİRAzərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİRAzərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİRAzərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİRAzərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİRAzərbaycanın qeyri-neft-qaz ixracı cüzi artıb - 11 AYDA CƏMİ 3,1 MİLYARD DOLLAR GƏLİR/ marja.az

Maliyyə     Tarix: 29 dekabr 2024

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler biznes xeberleri bitkoin online pul qazanmaq avtomobil xeberleri