Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının məbləği açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "İxrac icmalı"nın sentyabr sayına əsasən, 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.
2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.
Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 milyon ABŞ dolları olub. Bunun da 51,4 milyon ABŞ dollarını (10,3% artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.



/ marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnstaqramda biznes qurmağın yolları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?