Azərbaycanın quşçuluq sektorunda bir ilk baş verib
Azərbaycanın quşçuluq sektorunda bir ilk baş verib.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Marja.az-a verilən məlumata görə, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.
"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyanın üzvü olan "Giləzi Quşçuluq" ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir",- məlumatda bildirilir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycanda quşçuluq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin real nəticəsi olaraq son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.
Vurğulanıb ki, bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, tezliklə ölkəmizin digər quşçuluq məhsullarının da ixracatçısına çevrilməsi mümkün olacaq.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?