Azərbaycanın strateji valyuta ehtiyatları $74 mlrd.-a çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları mlrd.-a çatıbAzərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2025-ci ilin 1 aprel tarixinə 73 milyard 766.7 milyon ABŞ dolları olub ki, bu da indiyə qədər qeydə alınan rekord həcmdir.
Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Bununla da, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2 mlrd. 775.8 milyon dollar və ya 4 faiz artımdır.
Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 milyard 031.4 milyon ABŞ dolları) nisbətən 4.5% artaraq 62  milyard 740.2 milyon ABŞ dolları təşkil etmişdir.
Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə ilin əvvəlində 10 milyard 959.5 milyon dollar olduğu halda, rübün sonuna 11 milyard  26.5 milyon dollar olub.
Strateji valyuta ehtiyatları – bir ölkənin Mərkəzi Bankı və ya ARDNF tərəfindən saxlanılan xarici valyuta, qızıl ehtiyatları və digər beynəlxalq likvid aktivlərdir. Bu ehtiyatlar əsasən ABŞ dolları, avro, funt sterlinq və digər güclü valyutalarda saxlanılır.
Mərkəzi Bank və ARDNF cütlüyü ehtiyatlardan istifadə edərək manatın məzənnəsini sabit saxlanılmasında əsas rol oynayır.
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Ötən ilin eyni dövründə yerli banklara 1 mlrd. 835.8 mln. dollar satdığını nəzərə alsaq, bu illik müqayisədə 584.8 mln.  dollar və ya 31.9% artım deməkdir.

Banklar     Tarix: 17 aprel 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar manat kursu kripto valyuta mezennesi birbank