Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumatlara əsasən, 2026-cı ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 322,9 milyon ABŞ dolları təşkil edib.
Banker.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% azdır. Bir il əvvəl bu rəqəm 413 milyon ABŞ dolları səviyyəsində idi.
AMB bildirir ki, tədiyyə balansının kəsiri əsasən rüb ərzində ehtiyat aktivlərinin azalması ilə bağlıdır. Hesablamalar Beynəlxalq Valyuta Fondunun BPM6 metodologiyasına uyğun aparılıb və məzənnə fərqləri və yenidən qiymətləndirmələr nəzərə alınmayıb.
Eyni dövrdə ölkənin cari əməliyyatlar balansı müsbət dinamika nümayiş etdirib. I rübdə cari əməliyyatlar balansının profisiti 1 milyard 664 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45,6% artım deməkdir.
Profisit əsasən xarici ticarət balansında formalaşan 2 milyard 38,9 milyon dollarlıq müsbət saldo hesabına yaranıb. Bununla yanaşı, xidmətlər balansında 590,3 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansında 37,6 milyon dollarlıq müsbət saldo və təkrar gəlirlər balansında 177,8 milyon dollarlıq artım qeydə alınıb.
Digər tərəfdən, kapital və maliyyə hesabında mənfi saldo 2 milyard 177,8 milyon ABŞ dollarına yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,7% çoxdur. Hesabat dövründə xalis maliyyə aktivləri 181,6 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 1 milyard 995 milyon dollar yüksəlib. Kapital hesabında isə 1,2 milyon dollar kəsir qeydə alınıb.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?