Azərbaycanın tekstil şirkəti dünya brendləri tərəfindən qəbul edilən sertifikatı alıb - İXRACINI ARTIRA BİLƏCƏK

Azərbaycanın tekstil şirkəti dünya brendləri tərəfindən qəbul edilən sertifikatı alıb - İXRACINI ARTIRA BİLƏCƏK "GP Cotton Holdings"in şirkətlərindən biri olan "GiLTEX" MMC "Amfori BSCI" sertifikatını əldə edib.
Şirkətin yaydığı məlumaat görə, İsveçrənin SGS şirkəti tərəfindən keçirilən audit zamanı şirkət "A" dərəcəsi ilə qiymətləndirilib.
Azərbaycanın tekstil şirkəti dünya brendləri tərəfindən qəbul edilən sertifikatı alıb - İXRACINI ARTIRA BİLƏCƏK"Amfori BSCI" sertifikatının tələbləri H&M, Adidas, IKEA, Marks & Spencer və Amazon kimi dünya səviyyəli brendlər tərəfindən qəbul edilmiş standartdır. "GiLTEX" də bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb.
Sözügedən sertifikat GiLTEX-in beynəlxalq bazarlarda sosial məsuliyyətli və təchizat zəncirində ədalətli iş şəraiti olan bir təşkilat kimi tanınmasına imkan yaradaraq, şirkətin uzunmüddətli əlaqələr qurmasına və ixrac potensialını artırmasına kömək edəcək.
"COP29 tərəfdaşlığı və Amfori BSCI sertifikatı, dayanıqlılıq fəaliyyətimizin davamıdır. Belə ki, biz uzun müddətdir strateji məqsədlərimizdən biri olan dayanıqlılıq istiqamətində önəmli addımlar atırıq. Bunlara misal olaraq, istehsalatda təbiətə zərər verməyən kimyəvi maddələrdən istifadə edilməsi, tullantı sularının təmizlənməsi və şirkətin nəqliyyat vasitələrində karbon emissiyalarına nəzarət olunması kimi tədbirləri sadalaya bilərəm", - GiLTEX MMC-nin Baş direktoru Kamran Aqasi nailiyyətlə bağlı deyib. 
2003-cü ildə Avropa Xarici Ticarət Assosiasiyası tərəfindən yaradılan Amfori BSCI dünyanın ən tanınmış sosial audit proqramlarından biridir və şirkətlərə insanların rifahını yaxşılaşdırmaq, təbii resurslardan məsuliyyətlə istifadə etmək və açıq ticarəti təşviq etmək istiqamətində dəstək verir. Bu standartlar Beynəlxalq Əmək Təşkilatı (ILO) və BMT-nin İnsan Hüquqları Nizamnaməsi kimi beynəlxalq tənzimləmələrə əsaslanır.
"GiLTEX "MMC Azərbaycanda pambıq və tekstil istehsalı ilə məşğul olan GP Cotton Holdings-in bir hissəsidir. "GiLTEX"-  iplik, toxuculuq, boya, geyim və tibbi maska fabriklərindən ibarətdir. Şirkət hər il 18 milyon metr parça, 1800 ton trikotaj, 1000 ton dəsmal, 250,000 uniforma və 1 milyon yataq dəsti istehsal edə bilir. İstehsalatda əsasən "GP Cotton Holdings" şirkətinə daxil olan, pambıq istehsalı üzrə ixtisaslaşmış "MKT İstehsalat Kommersiya" MMC-in istehsal etdiyi yerli pambıqdan istifadə olunur. Fabriklər Belçika, Almaniya, Yaponiya və Türkiyədən gətirilmiş müasir avadanlıqlarla təchiz edilmişdir. 
"GP Cotton Holdings" Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambıq tədarük zəncirində pambığın yetişdirilməsi və yığılmasından tutmuş, müxtəlif çeşidli geyimlərin emalı və istehsalına qədər bütün mərhələləri əhatə edir. "GP Cotton" qrupa daxil olan GiLTEX və MKT vasitəsilə 5 000-dən çox insan üçün məşğulluq imkanı yaradır, həmçinin 10 000 fermer və aqronom komandası ilə sıx əməkdaşlıq edir. Birlikdə bu iki şirkət pambıqdan hazır məhsula kimi bütün istehsal prosesini həyata keçirdir.  "GiLTEX" köynək, dəsmal, forma və yataq dəstləri kimi hazır tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşıb. MKT kənd təsərrüfatı əməliyyatlarını nəzarət edir və fermerlər və aqronom komandası ilə sıx əməkdaşlıq edir.
Azərbaycanın tekstil şirkəti dünya brendləri tərəfindən qəbul edilən sertifikatı alıb - İXRACINI ARTIRA BİLƏCƏKAzərbaycanın tekstil şirkəti dünya brendləri tərəfindən qəbul edilən sertifikatı alıb - İXRACINI ARTIRA BİLƏCƏK/ marja.az

Maliyyə     Tarix: 25 oktyabr 2024

Oxşar xəbərlər

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb

2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumat

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını


iqtisadi xeberler bu gunun xeberleri valyuta kurslari kicik biznes depozit faizleri