"Azərikard"ın Müşahidə Şurasına sədr təyin edilib
Azərbaycanda prosessinq mərkəzi "Azərikard" MMC-nin Müşahidə Şurasına sədr seçilib.
Banker.az-ın əldə etdiyi məlumata görə bu, İlham Həbibullayevdir.
İlham Həbibullayev ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) İdarə Heyəti sədrinin birinci müavinidir.
O, 1977-ci ildə anadan olub. 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. Bank sektorunda 20 illik təcrübəyə malik İlham Həbibullayev ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.
2010-2017-ci illərdə "Expressbank" ASC-nin İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən 2019-cu ilin sentyabrına qədər həmin bankın İdarə Heyətinin sədri olub.
2019-cu ilin sentyabrından ABB-nin İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsində çalışıb.
2020-ci ilin martından "ABB" ASC-nin İdarə Heyəti sədrinin birinci müavinidir.
Xatırladaq ki, "Azərikart"ı 1996-cı ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC yaradıb. Onun nizamnamə kapitalı 1.75 mln. manatdır.
"Azərikard" MMC-nin Müşahidə Şurasının üzvləri:
Zamiq Məmmədov
Nihat Şenyuva
Ceyhun Qarayev
Vüsal Şahverdiyev

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları