"Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında — 92,4 milyon manat

(®) Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sadələşdirilmiş vergi ödəyicisi olan "Azərlotereya" ASC ötən il 92,4 milyon manat vergi ödəməklə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Şirkət qeyri-neft sektoru sahəsi üzrə ən çox vergi ödəyiciləri arasında isə 6-cı yerdədir.
Marja.az xəbər verir ki, bu, "Azərlotereya" ASC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin əvvəlində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyənin "Demirören Holdinq" şirkətinə idarəetməyə verilmiş "Azərlotereya" ASC qanuni lotereya təşkilatçısı və idman mərc operatoru kimi uğurlu fəaliyyəti nəticəsində parlaq gələcək üçün xeyirli işlər və faydalı layihələrə imza ataraq yeni iş imkanlarının yaradılmasında pay sahibi olaraq ən böyük vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edir.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc operatoru "Azərlotereya"nın hər il ödənilən vergi həcmində xeyli artım müşahidə olunur.
"Azərlotereya" vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən Korporativ Sosial Məsuliyyət çərçivəsində idman, təhsil, təbiət və innovasiyalar istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir. Şirkətin missiyası, baxışları, dəyərləri ilə sıx bağlı olan KSM siyasətində başlıca hədəf layihələrin bu istiqamətlərdə genişləndirilməsidir.
Şirkətin xüsusi önəm verdiyi, şəhid ailə üzvlərinin təhsilinə dəstək məqsədilə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid ailə üzvlərinin təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid ailə üzvlərinin yaşayış xərcləri qarşılanır. Hazırda layihə 150 şəhid əmanətini əhatə edir.
"Azərlotereya"nın Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində Qarabağın yenidən bərpası naminə tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağın dirçəlişinə ianə edilib. Həmçinin işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək göstərərək ANAMA-ya təqdim edilib.
İdmanın inkişafına diqqət və qayğı göstərərək sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, dövlətin prioritet siyasətinə dəstək olan "Azərlotereya"nın "Misli" brendi 3-cü mövsümdür ki, Azərbaycan Premyer Liqasına sponsordur. İdmanın inkişafı istiqamətində futbol üzrə kişilərdən ibarət A milli komandası və ölkə voleyboluna böyük töhfə verir.
Bundan başqa, gənclərin təhsil, elm və yaradıcı fəaliyyətə cəlb edilməsi, texnologiyalara marağın artırılması istiqamətində görülən işlərlə onların potensiallarının üzə çıxmasına böyük dəstək olan "Azərlotereya" artıq 3 ildir ki, ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının əsas tərəfdaşıdır, həmçinin populyar intellektual əyləncə platformalarından biri olan "Everest" layihəsinə dəstəkdir.
Müxtəlif sahələrdə innovativ layihələrin tətbiqi və inkişafı, innovativ, yenilikçi, yaradıcı startapların uğurla həyata keçirilməsi, gənclərin innovasiya sahəsinə yönəlməsi, bu qəbildən olan layihələrin uzunmüddətliliyini təmin etmək məqsədilə "Azərlotereya" ASAN "İnnovasiyalar Mərkəzi"  ilə birgə "Brain Game" intellektual oyun hakatonu keçirdib maraqlı ideyaların üzə çıxmasına şərait yaradılıb.
"Azərlotereya" bundan sonra da beynəlxalq standartlara uyğun, qanun çərçivəsində şəffaf fəaliyyəti ilə dövlətə faydalı olmağa davam edəcək.
"Azərlotereya" öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə hesabatlarını "Böyük 4-lük" şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarınıa öz rəsmi veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyəti tənzimləyici orqan tərəfindən nəzarət edilir. Eləcə də şirkətin prosesləri beynəlxalq standartlara görə qurulub və hər il Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına uyğunluyu səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilir və sertifikatlandırılır.

Maliyyə     Tarix: 24 fevral 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya