"Azexport" ilk dəfə qida əlavəsi məhsuluna sərbəst satış sertifikatı verib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu azexport.az portalı tərəfindən növbəti sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim olunub.
Sertifikat Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsulunun Gürcüstan Respublikasına ixracı üçün nəzərdə tutulub. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, qeyd olunan məhsullar sertifikatın olmaması səbəbi ilə digər ölkələrdən alınırdı. "Azexport" portalı tərəfindən sərbəst satış sertifikatının təqdimatından sonra bu məhsullar Azərbaycandan alınacaq. Bununla yanaşı, istehsalçı şirkət bənzər kateqoriyadan olan məhsullar üçün də sertifikat alaraq ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq "Azexport" portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 653 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi "Made in Azerbaijan" məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər. / marja.az

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Marketinq nə demədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Evdə biznes qurmağın yolları