"Azexport"la ixrac avqustda 20 % azalıb
Bu ilin avqust ayında "Azexport" portalına 32,8 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % azdır.
Ay ərzində ixrac sifarişləri sırasında alma, xurma, pambıq yağı, fındıq ləpəsi, günəbaxan yağı, un, qarğıdalı yağı, tütün, tibbi tənzif, fındıq qabığı və s. məhsullar üstünlük təşkil edib. 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 avqust tarixinə kimi (68 ay ərzində) portala 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 3,12 milyard ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-avqust aylarında isə portal 321,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişi qəbul edib. Bu isə 2021-ci ilin eyni dövrünə nisbətən 1 % çoxdur. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?