"AzKredit"in xalis mənfəəti azalıb
"BOKT AzKredit" ASC 2023-cü ili 1 milyon 28 min manat xalis mənfəət ilə başa vurub. Kredit şirkəti 2022-ci ili 1 milyon 320 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "BOKT AzKredit"in xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 293 min manat və ya 22,2% azalıb.
Marja.az xəbər verir ki, "BOKT AzKredit"in faiz gəlirləri 2022-ci ildə 109 min manat ikən, 2023-cü ildə 440 min manata yüksəlib.
Eyni zamanda təşkilat ötən il 2 milyon 270 min manat digər gəlirlər əldə edib (2020-ci ildə digər gəlirlər 2 milyon 960 min manat təşkil etmişdi).
Ötən il "BOKT AzKredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1,9 dəfə artaraq 31 dekabr 2023-cü il tarixində 1 milyon 867 min manata çatıb.



"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları