"Azmikroinvest"in kapitalının 73%-i azaldıldı, yeni rəhbəri məlum oldu
"Azmikroinvest" Bank Olmayan Kredit Təşkilatı MMC-nin İdarə Heyətinin sədri təyin edilib.
Banker.az xəbər verir ki, Fuad Müzəfərli Azad oğlu sədr təyin edilib.
Buna qədər bu vəzifə vakant idi. Bu vəzifə öncələr Bahadır Abaszadə Elnur oğlu çalışıb.
Bununla belə, BOKT-nin nizamnamə kapitalından 1 mln. 201.4 min manat kapital geri çəkilib (73%-i) və nizamnamə kapitalı 448.6 min manata düşüb.
2022-ci ildə "Azmikroinvest" BOKT-nin aktivlərinin həcmi 1 mln. 734 min manatdan 1 mln. 585 min manata düşüb. Aktivlərinin 860 min manatı müştərilərə verilən kreditlərdir. Bu, öncəki ildə 1 mln. 194 min manat idi.
Ötən il 12 min manat zərər etdiyi məlum olmuşdu.
Xatırladaq ki, "Azmikroinvest" 2014-cü ildə yaradılıb. BOKT-nin təsisçisi İlqar Əhmədzadədir. Onun BOKT-nin kapitalında payı 100%-dir.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Mcdonalds françayzinqi neçiyədir?
SMM nə deməkdir?
Marketinq nə demədir?
Biznes plan necə yazılır?
Biznes nədir və hansı növləri var?