Bağlanan bankın 10 mln. manatlıq lombard krediti portfeli "Bank Respublika"ya ötürülüb
Ötən ilin payızında "MuğanBank" ASC-nin lisenziyası ləğv edildikdən sonra onun kredit portfelinin bir hissəsi "Bank Respublika" ASC-yə ötürülüb.
Banker.az xəbər verir ki, ləğvedicisi qismində çıxış edən Əmanətlərin Sığortalanması Fondu "MuğanBank" ASC-nin 10 milyon 421 min manat məbləğində lombard kredit portfelini və həmin məbləğin 1% məbləğində komisyon muzdunu "Bank Respublika"ya ötürüb.
1 oktyabr 2023-cü il tarixinə "MuğanBank"ın 447.41 mln. manat kredit portfeli olub. Təqribən bunun 50 milyon manata qədəri istehlak kreditləri idi.
Xatırladaq ki, 18 oktyabr 2023-cü il tarixində tənzimləyici Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "MuğanBank" ASC-nin lisenziyası ləğv edilib.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?