Bakı metrosu xarici bankdan kredit cəlb edəcək

Bakı metrosu xarici bankdan kredit cəlb edəcək"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda metro nəqliyyatı üzrə nəzərdə tutulmuş və ehtimal edilən tədbirlərin bir hissəsi əvvəlcədən deyildiyi kimi Asiya İnkişaf Bankının (ADB), digər hissəsi isə Asiya İnfrastruktur İnvestisiya Bankının ayıracağı kredit hesabına maliyyələşdiriləcək və artıq bu məsələ də razılaşdırılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Məlumata əsasən, Dövlət Proqramında metro nəqliyyatı üzrə nəzərdə tutulmuş tədbirləri ehtiva edən investisiya proqramına "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi" adı verilib. Hazırda layihənin bankların standart və qaydalarına uyğun hazırlanması, qiymətləndirilməsi, icra proseduralarının tərtib edilməsi istiqamətində işlər davam etdirlir və hər iki bankla danışıqlar aparılır.
Bakı metrosu və ADB arasında razılaşdırılmış əməkdaşlıq konsepsiyası özündə 3 istiqaməti ehtiva edir. Bunlar, enerji səmərəliliyinin təmin edilməsi, metropoliten infrastrukturunun effektiv istismarı və mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaqdır. Həyata keçiriləcək tədbirlər metropolitenin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırmasından və tətbiqindən ibarət olacaq.
Bu ilin sonuna qədər bir neçə istiqamətdə birgə səmərəli fəaliyyətə başlanılması, həmçinin tədbirləri ADB-nin texniki yardım çərçivəsində maliyyələşdirməsi nəzərdə tutulur. İlkin mərhələdə zəruri sahələrin araşdırılaraq müvafiq texniki tapşırıqların hazırlanması, texniki yardım fondunun və ekspert qrupunun formalaşdırılması və müvafiq razılıqların alınması ilə bağlı addımların atılması planlaşdırılır.
© "Report"

Banklar     Tarix: 12 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri en son xeberler online pul qazanmaq