Bakıda dənizçilər üçün sığorta məhsullarının təqdimatı olub

Bakıda dənizçilər üçün sığorta məhsullarının təqdimatı olubBu gün "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilati dəstəyi, "Liman Sığorta və Təkrarsığorta Brokeri", "United Alliance Group", "ZenithSurvey", "Azerbaijan Maritime Registry of Shipping" şirkətlərinin sponsorluğu ilə Dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş 1-ci Konfransı baş tutub.
Konfransda "Liman Sığorta və Təkrarsığorta Brokeri" şirkətinin Anderraytinq və Təkrarsığorta şöbəsinin müdiri Aydan Alxaszadə açılış nitqi ilə çıxış edib.
O, çıxışında konfransın məqsədi, sığortanın və təkrarsığorta brokerinin iqtisadiyyatdakı əhəmiyyəti barədə məlumat verib.
Konfransda ASA ilə yanaşı, Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin, Türkiyənin Sığorta İnstitutu Fondunun, Türkiyə Sığortaçılar Assosiasiyasının eləcə də sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri, çoxillik təcrübəyə malik dənizçilər, bir sıra dövlət qurumlarının və sığorta sahəsində yerli mütəxəssislər, iştirak ediblər.
ASA-nın icraçı direktoru Elmar Mirsalayev konfansda çıxış edərək sığorta sektorunun inkişafı və dənizçilərə bu sahədə dəstəyi barədə ətraflı məlumat verib. O, bu konfransın dənizçilər üçün əhəmiyyətini yüksək qiymətləndirib.
Konfransın gedişində iştirakçılar dənizçilərin sığorta sahəsində maarifləndirilməsi, sığorta brokerinin dənizçilər üçün əhəmiyyəti, icbari sığorta sistemlərinin üstünlükləri və inkişafı, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının (P&l qorunma və müdafiə) dənizçilər üçün faydası barədə geniş təqdimatla çıxış ediblər.
Konfrans çərçivəsində sığorta şirkətləri tərəfindən dənizçilər üçün sığorta məhsullarının təqdimatı da yer alıb. Təqdimat zamanı "Dənizçi kasko" haqqında geniş məlumat verilərək onun əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda "United Alliance Group" dənizçilər üçün yeni yaradılmış Dənizçiyə Könüllü Dəstək qaynar xətti platforması və onun faydası barədə ətraflı məlumat verib.
Daha sonra mövzular ətrafında geniş müzakirələr aparılıb və dənizçilərin sualları ətraflı cavablandırılıb. / marja.az

Banklar     Tarix: 17 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri bitcoin rubl mezenne telefonla pul qazanmaq