Bakıxanov qəsəbəsində "McDonald"s"ın yeni restoranı açılıb - FOTO

Bakıxanov qəsəbəsində Bakıxanov qəsəbəsində "McDonald"s Azərbaycan" şirkətinin yeni, sayca 27ci restoranının açılışı olub.
Bakıda yeni McDonalds restoranı açıldı
FED.az xəbər verir ki, qida sənayesinin ən müasir tələblərinə cavab verən restoran Bakıxanov qəsəbəsi, Sülh küçəsi 105 ünvanında yerləşir.
Yeni restoranın özəlliklərindən biri də rahat atmosfer yaradan "Geometry" dizaynıdır. Burada qonaqlara tez və rahat xidmət göstərmək üçün interaktiv özünəxidmət köşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF ("Experience of the Future") kimi innovativ texnologiyalar tətbiq olunur. Bütün digər restoranlarda olduğu kimi burada da masa arxasında sifarişinizi qəbul etməyə imkan verən "Table Service" xidməti təklif olunur ki, bu da qonaqlar üçün komfort səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Restoranda müxtəlif qəhvə içkiləri və desertlərin geniş seçimini təqdim edən "McCafe" kafesi mövcuddur. Bundan əlavə, yeni filialda Azərbaycanda ilk dəfə təqdim olunan rəqəmsal menyu ilə "MakAvto" xidməti mövcuddur ki, bu da sifariş verməyi və sifarişi maşından çıxmadan əldə etməyi daha da rahat edir.
Restoran 225 oturacaq tutumuna malikdir ki, onlardan 24-ü terrasda yerləşir. Uşaqların "McDonald"s"da daha yaddaqalan və əyləncəli vaxt keçirmələri üçün yaxın gələcəkdə burada oyun meydançasının açılması planlaşdırılır.
Qeyd edək ki, restoranın istifadəyə verilməsi ilə 100 yeni iş yeri açılıb ki, bu da yerli əmək bazarının inkişafına töhfə verir.
Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan "McDonald"s" şirkəti 25 ildən artıqdır ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. "McDonald"s Azərbaycan"ın iqtisadiyyatın tədarük və logistika, işəgötürmə kimi müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

Biznes     Tarix: 02 avqust 2024

Oxşar xəbərlər

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq