"Bank Avrasiya" ASC-nin Müşahidə Şurasının Sədri ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib
®Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35 illiyini qeyd edir. "Bank Avrasiya" ASC-nin Müşahidə Şurasının Sədri Fuad Aslanov bu münasibətlə Azərbaycan Banklar Assosiasiyasını təbrik edib.
Müşahidə Şurasının Sədri öz təbrikində, ölkənin bank sektorunun inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən, bu sahədə bir sıra innovativ layihələrə imza atan Banklar Assosiasiyasını əlamətdar gün, 35 illik yubileyi münasibətilə Assosiasiyanın rəhbərliyini və bütün əməkdaşlarını "Bank Avrasiya" ASC-nin kollektivi adından ürəkdən təbrik etdiyini bildirmişdir.
""Bank Avrasiya" olaraq biz hər zaman irəliyə baxır, dəyişən dünyaya uyğunlaşan, rəqəmsal və çevik maliyyə ekosistemi qurmaq üçün çalışırıq. Bu yolda ABA ilə olan tərəfdaşlığımız bizim üçün olduqca dəyərlidir. Əminik ki, birgə təşəbbüslərimiz gələcəkdə də parlaq nəticələr verəcəkdir.
ABA rəhbərliyinə və komandasına yeni zirvələr, innovativ ideyalar və davamlı uğurlar arzulayırıq!"
Hörmətlə,
Fuad Aslanov
Müşahidə Şurasının Sədri
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? Bank Avrasiyanın rəsmi veb səhifəsinə daxil olun və ya *2226 nömrəsi ilə əlaqə saxlayın. / banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?