Bank Binə Ticarət Mərkəzində filialını istifadəyə verdi
Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Binə Ticarət Mərkəzində yeni Qaradağ filialını müştərilərin istifadəsinə verib.
Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin 3-cü sırası ilə üzbəüz yerləşən yeni filial müasir standartlara cavab verən ofis binası ilə əhalinin və biznes subyektlərinin bütün növ bank məhsul və xidmətlərindən daha operativ və rahatlıqla istifadəsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Qaradağ filialı ənənəvi və rəqəmsal bank xidmət və məhsullarının müştərilər üçün əlçatan olmasına şərait yaradacaqdır. Rəqəmsallaşma strategiyasına əsasən TuranBank müştərilərini elektron və mobil bankçılıq həlləri ilə davamlı olaraq təmin etməyi hədəfləmişdir.
Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən TuranBank-ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin daha da genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirən Bank şəhər və regionlarda yeni filial və şöbələrin açılması istiqamətində işlərini davam etdirəcəkdir.





/ marja.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
CV hazırlayarkən buraxılan 5 səhv
Marketinq nə demədir?
İlon Mask kimdir?
Necə Bitcoin almaq olar?
Biznes nədir və hansı növləri var?