Bank "BTB" ASC idarəetmə komandasını gücləndirir
Bank "BTB" ASC-nin Müşahidə Şurasına iki yeni təyinat olmuşdur. Belə ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən Rövşən Fərhad-zadə və Ramin Hüseynov Müşahidə Şurasının üzvləri seçiliblər.
Bankın komandasına yeni qoşulan Ramin Hüseynov bank və real sektorda ümumilikdə 19 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.
R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.
2015-ci ildən tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb, 2021-2023-cü illər ərzində "AccessBank" ASC-də İdarə Heyətinin sədr müavini, Baş maliyyə inzibatçısı vəzifəsində fəaliyyət göstərmişdir.
2023-2024-cü illərdə Bank BTB-nin Müşahidə Şurasının Sədrinin müşaviri vəzifəsində çalışmışdır. Hazırda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, Bankın Audit Komitəsinə sədrliyi də icra edir.
O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın "Fulbrayt" proqramının təqaüdçüsüdür. R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt