Bank "BTB" ilk 6 ayı əməliyyat mənfəətilə başa vurub

Bank Bank "BTB" ASC 2022-ci ilin birinci yarısı (yanvar-iyun dövrü) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 701 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bankın cəmi əməliyyat gəlirləri 15 milyon 85 min manat təşkil etmişdi. Beləliklə, Bank gəlirlərini təxminən ötənilki səviyyədə saxlaya bilib.
2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında Bank BTB-nin faiz gəlirləri 713 min manat və ya 5,8% artaraq 12 milyon 997 min manat təşkil edib. 
2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 650 min manat və ya 4,3% artaraq 15 milyon 627 min manat təşkil edib.
2022-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən 74 min manat əməliyyat mənfəəti yaranıb. Bank ehtiyata 5 milyon 348 min manat ayırdığından cari ilin ilk 6 ayını 5 milyon 274 min manat xalis zərər ilə bağlayıb.
Qeyd edək ki, 2021-ci ilin birinci yarısında Bank BTB-nin cəmi əməliyyat gəlirləri 15 milyon 85 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 977 min manat,  əməliyyat mənfəəti 108 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 430 min manat hesabına mənfəət 538 min manata yüksəlmişdi.
30 İyun 2022-ci il tarixində Bank BTB 354 milyon 384 min manat cəmi aktivlərə (o cümlədən 238 milyon 306 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər)) 139 milyon 959 min manat depozit portfelinə  malik olub. Ötən ilin sonunda Bank 362 milyon 62 min manat cəmi aktivlərə, 251 milyon 54 min manat kredit və 147 milyon 433 min manat depozit portfelinə malik idi.
30 İyun 2022-ci il tarixində Bank BTB 53 milyon 67 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 22 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri