Bank BTB maliyyə göstəricilərini açıqladı
Bank BTB 2022-ci ilin ikinci rübün maliyyə göstəricilərini təqdim edib.
Bank BTB-nin yaydığı press-relizdə bildirilir ki, Bankın aktivlərinin həcmində 3 977.3 mln manat artım qeydə alınıb. belə ki, bankın cəmi aktivləri 354 383.5 mln manata çatıb.
"Hesabat dövrünün əhatə etdiyi 2-cü rübün nəticələrinə görə bankın əməliyyat gəlirləri 431 min manat olub, faiz gəlirləri 13 354.7 mln manat, faiz xərcləri isə 8 034.6 mln manat təşkil edib.
Aktivlərin təsnifləşdirilməsi və mümkün risklərin qarşılanması məqsədi ilə bank tərəfindən 5 705.7 mln manat məbləğində ehtiyat yaradılıb.
Bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsini təmin etmək məqsədilə Səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalının 5 mln manat artırılması haqqında qərar qəbul edilib. Bununla da cari ilin əvvəlində ehtiyatlara ayrılan vəsaiti nəzərə alaraq, artımdan sonra bankın nizamnamə kapitalı 52 mln manat təşkil edir", -press-relizdə bildirilir.
Qeyd edək ki, Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dropshipping nədir?
5 liderlik göstəricisi
Amazonda satış etmək üçün bilməli olduqlarınız