Bank "BTB"-nin 5 milyonluq səhmlərini 1 investor əldə etdi

Bank 15 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Bank "BTB" ASC nin AZ1001009443 dövlət qeydiyyat nömrəli 5 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.
Bank Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 5 milyon manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 5 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC olub.
Xəbər verdiyimiz kimi, Bank "BTB" ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılır. Bank hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib. Təklifin səbəbi Bankın gələcək inkişafı və artım planlarının icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi minimum kapital tələblərinə cavab verməsi və dayanıqlı kapital mövqeyinin təmin olunmasıdır. Emissiya nəticəsində cəlb olunucaq vəsait Bankın fəaliyyətinin mühüm növlərindən biri olan kreditləşmədə istifadə olunacaq. 
31 dekabr 2023-cü il tarixində Bank "BTB" ASC-nin nizamnamə kapitalı 66 milyon 450 min manat, lakin yığılmış 19 milyon 87 min manat zərər ilə əlaqədar olaraq cəmi kapital 47 milyon 363 min manat təşkil edib. 5 milyonluq yerləşdirmə ilə Bankın nizamnamə kapital 71 milyon 450 min manata yüksəlib. 
Yerləşdirmədən öncə Bank "BTB" ASC-nin səhmdarları Mehdiyeva Nigar İsmayıl qızı (74.9872% ), Sadiq Rza İsmayıl oğlu (19.0128%) və Mahmudova Tükazban Ağa qızı (6%) olub.  / marja.az

Banklar     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri