"Bank BTB"nin yeni buraxılmış səhmlərini 1 investor əldə edib

15 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Bank "BTB" ASC nin AZ1001009443 dövlət qeydiyyat nömrəli 5 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilib.
Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 5,000,000  manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti" ASC -dir.
Belə olacağı zaman mövcud səhm mülkiyyətçisinin səhmlərinin nizamanmə kapitalında malik olduqları paya mütənasib qaydada artması ehtimal olunur. Cəmiyyətin mövcud səhmdarı üstünlük hüququndan istifadə etməzsə abunə yazılışına yazılmış investorlar növbəlik qaydasında səhmləri əldə edə bilərlər. Səhmdar öz üstünlük hüququndan istifadə etdikdə, səhmdarlar Nigar İsmayıl qızı Mehdiyevaya məxsus 49 829 ədəd səhm 3749 ədəd səhm (74.9872 %) artaraq 53578 ədəd səhmə (74.9867 %) , Rza İsmayıl oğlu Sadiqə məxsus 12 634 ədəd səhm, 951 ədəd səhm (19.0128 %) artaraq 13585 ədəd səhmə (19.0133 %), Tükazban Ağa qızı Mahmudovaya məxsusu 3987 ədəd səhm 300 ədəd səhm (6 %) artaraq 4287 ədəd səhmə (6 %) sahib olacaqlar. Səhmlərdarlar üstünlük hüququndan istifadə etməzsə, Nigar İsmayıl qızı Mehdiyevaya məxsus 74.9872 % səhmlər azalaraq 69.7397% səhmə , Rza İsmayıl oğlu Sadiqə məxsus 19.0128 % səhmlər azalaraq 17.6823% səhmə, Tükazban Ağa qızı Mahmudovaya məxsus 6 % səhmlər azalaraq 5.5801% səhmə sahib olacaqdır.
Qanunvericiliyə əsasən Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir. Bank BTB-nin ali idarəetmə orqanı onun İştirakçılarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq bankın fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilər. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Ümumi Yığıncaq nizamnamə kapitalında ən azı 60% paya malik olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır.

Banklar     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri