Bank hava limanındakı şöbəsini filiala çevirdi
Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində müştərilərə ən yüksək səviyyədə xidmət üçün ABB bu məkandakı şöbəsini filiala çevirib.
Yeni filialda fərdi müştərilərin, eləcə də bizneslərin maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi Hava Limanı filialında də müxtəlif növ kassa-hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi xidmətlərdən faydalana bilərlər.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində ABB müştərilərə xidmət göstərən yeganə bankdır. Bankın İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Hava Limanı filialının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır: "Heydər Əliyev Beynəlxalq Aeroportunda təmsil olunmaq Bankımız üçün çox mühümdür. Strateji partnyorlarımızdan olan AZAL və bu məkandakı digər tərəfdaşlarımızla çalışacağıq ki, birgə əməkdaşlığımızı yeni inkişaf mərhələsinə çıxaraq".
/ marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi