Bank of Baku ABŞ bankında müxbir hesabı açıb

Bank of Baku ABŞ bankında müxbir hesabı açıb®Müştərilərə daha əhatəli və keyfiyyətli xidmət məqsədilə Bank of Baku yeni beynəlxalq əməkdaşlığa imza atıb.
Bank of Baku ABŞ-nin beynəlxalq ödəniş və hesablaşmalar sahəsində tanınmış bankı – "Habib American Bank" (HAB Bank) ilə 31.05.2024 tarixində saziş imzalayıb. Nəticədə, Bank of Baku-nun "HAB Bank"da ABŞ dolları üzrə müxbir hesabı açılıb.  
Bankın "HAB Bank"da müxbir hesabının olması müştərilərə Bank of Baku vasitəsilə beynəlxalq hesablaşmaları rahat şəkildə icra etməyə imkan verəcək. Müştərilər Amerika ilə yanaşı, dünyanın hər yerinə qısa zamanda və maneəsiz pul köçürmələri edə biləcək, dollar valyutası üzrə xarici əməliyyatları təhlükəsiz şəkildə həyata keçirəcəklər.
Qeyd edək ki, Bank of Baku-nun hazırda Avstriyanın məhşur "Raiffeisen" bankında da müxbir hesabı mövcuddur, bu isə müştərilərə AVRO valyutası üzrə beynəlxalq ödənişlər etməyə şərait yaradır. 
Bank of Baku-nun xarici maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi, müxbir hesabların artırılması, bu istiqamətdə müştərilərinə daha geniş imkanların təqdim olunması istiqamətindəki fəaliyyətləri davam edir. 
Məlumat üçün qeyd edək ki, 30 ildir fəaliyyət göstərən "Bank of Baku" ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı 145 Məlumat Mərkəzi, bankın rəsmi veb səhifəsi www.bankofbaku.com, eləcə də Facebook səhifəsi www.facebook.com/bankofbaku vasitəsilə əldə edə bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku / banker.az

Banklar     Tarix: 25 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler kripto bitcoin bitcoin qiymeti avtomobil xeberleri