"Bank of Baku" bu investisiyaya böyük yatırım edir və həmin aktivlərdən gəlirləri kəskin artır

"Bank of Baku" ASC son bir ildə investisiya siyasətində qiymətli kağızlara yatırımı gücləndirməkdədir və bank bundan da faydalanmış görünür.
Banker.az xəbər verir ki, bankın 2023-cü ilin ilk rübünün sonu 31.17 mln. manat olan qiymətli kağızlara yatırımının həcmi cari ilin müvafiq dövrünə 79.35 mln. manata yüksəlib. Bankın son bir ildə qiymətli kağızlar üzrə portfelinin həcmi 155 faiz, cari ilin əvvəlindən isə 77 faiz artıb. Artım dinamikası son rübdə daha çox olub.

Banklar gəlir artımını və likvidlik üçün qiymətli kağızlara investisiya qoyurlar. İnvestisiya qiymətli kağızlar satıla bildiyi üçün likvidliyi təmin edir.
Bankın qiymətli kağızlar üzrə portfelinin həcmi ötən ilin ilk rübünün sonunda 4.2 faiz olduğu halda, bu il 8.6 faizə yüksəlib.
Bank qiymətli kağızları cəlb edərkən daha çox yaxın müddətli götürür. Məsələn, ticarət investisiya portfelinin 74 faizi və ya 59.08 mln. manatı 1 ilə qədər likvidlik vəd edir.
"Bank of Baku" ASC bu aktivlərin idarə edilməsindən təkcə cari ilin birinci rübündə 1.07 mln. manatlıq faiz gəliri əldə edib. Bu, illik müqayisədə 168 faiz artımdır.
Bankın qiymətli kağızlar üzrə ümumi portfeldəki nisbəti ilk rübdə 1.35 faiz təşkil edib. Məsələn, öncəki ildə bu rəqəm 1.28 faiz idi. Bu o deməkdir ki, "Bank of Baku" gəlirliliyi yüksək olan istiqraz və ya notlara üstünlük verib.
Xatırladaq ki, bankın 1 aprel 2024-cü il tarixinə 922.56 mln. manatlıq aktivləri var və onu 1 mlrd. manat olmasından yalnız 77 mln. manat ayırır. Bu da cari ilin üçüncü rübünün sonuna asanlıqla çata biləcək hədəf sayıla bilər.

Banklar     Tarix: 10 may 2024

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari