"Bank of Baku" daha da böyüyüb, 9 ayı 24 milyondan çox mənfəətlə bağlayıb

"Bank of Baku" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 24 milyon 317 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 9 ayını 30 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətdəki geriləmə əməliyyat xərclərinin əməliyyat gəlirlərindən daha çox artması və mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan daha az vəsait qayıtması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun faiz gəlirləri 22 milyon 793 min manat və ya 32% artaraq 94 milyon 116 min manat təşkil edib. 
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun qeyri-faiz gəlirləri 875 min manat və ya 10% artaraq 9 milyon 617 min manata olub. 
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 23 milyon 668 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 25 milyon 834 min manat artıb. Xərclər gəlirlərdən daha sürətli artdığı üçün "Bank of Baku"nun əməliyyat mənfəəti 2 milyon 166 min manat azalıb.
2023-cü ilin 9 ayında "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 103 milyon 734 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz) xərcləri 79 milyon 565 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 24 milyon 169 min manat təşkil edib. Həmçinin mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 9 milyon 383 min manat da mənfəətə əlavə edilib. "Bank of Baku" 33 milyon 552 min manat mənfəətindən 9 milyon 235 min manat mənfəət vergisi də ödəyib. Beləliklə, Bank 2023-cü ilin 9 ayını 24 milyon 317 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri 80 milyon 65 min manat, cəmi əməliyyat xərcləri 53 milyon 730 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 26 milyon 335 min manat təşkil etmişdi. Həmçinin mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 11 milyon 884  min manat da mənfəətə əlavə edilmişdi. "Bank of Baku" 38 milyon 219  min manat mənfəətindən 7 milyon 444 min manat mənfəət vergisi ödəmişdi. Beləliklə, Bank 2022-ci ilin 9 ayını 30 milyon 775 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜMƏKDƏ DAVAM EDİB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank of Baku"nun cəmi aktivləri 115 milyon 298 min manat və ya 16,4% aratraq 816 milyon 529 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 65 milyon 551 min manat və ya 11,4% artaraq 643 milyon 85 min manata çatıb.  
"Bank of Baku"nun istehlak kreditləri portfeli 54 milyon 283 min manat artaraq 452 milyon 386 min manata, biznes kreditləri portfeli 3 milyon 85 min manat artaraq 157 milyon 760 min manata, ipoteka kreditləri portfeli 8 milyon 213 min manat artaraq 32 milyon  939 min manata yüksəlib. 
"Bank of Baku" qiymətli kağızlara investisiyasını 2,3 dəfə artıraraq 51 milyon 695 min manata, digər banklara və kredit təşkilatına verilən kreditləri isə 46,5% artıraraq 63 milyon 14 min manata çatdırıb.
DEPOZİT PORTFELİ DƏ ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Bank of Baku"da cəmi depozitlər 86 milyon 248 min manat və ya 23,6% artaraq 451 milyon 781 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 93 milyon 466 min manat artaraq 423 milyon 485 min manata yüksəlib.
30 sentyabr 2023-cü il tarixində "Bank of Baku" 139 milyon 410 min manat məcmu kapitala malik olub. 

Banklar     Tarix: 14 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri