Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR

Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR®Bank of Baku ölkəmizdə inklüziv cəmiyyətin formalaşdırılmasına dəstək olaraq daha bir layihə həyata keçirib.
"Aprel – Ümumdünya Autizm Maarifləndirmə ayı" çərçivəsində Gəncə şəhərində autizm və neyromüxtəlifliyi olan gənclərdən ibarət "Mavi Ürəklər" inklüziv musiqi qrupunun konserti baş tutub.
SEVGİ VARSA, FƏRQ YOXDUR! – Autizmi tanı, sevgini paylaş!
"Sevgi varsa, fərq yoxdur!" şüarı ilə keçirilən konsert proqramı Bank of Baku və "Birgə və Sağlam" İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin "PAŞA Mall" və "Gəncə Mall"un tərəfdaşlığı ilə 25 aprel tarixində keçirilib.
Tədbirin məqsədi cəmiyyətdə autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan fərdlər barədə cəmiyyəti məlumatlandırmaq, onlara doğru münasibəti təbliğ etmək, eləcə də autizmli şəxslərin bacarıqlarına, istedadlarına inamı aşılamaqdır.
Tədbirdə iştirak edən Bank of Baku-nun Reklam və PR departamentinin rəhbəri Əhməd Əhmədov öz çıxışında bildirib ki, Bank of Baku KSM strategiyasında inklüziv layihələrə xüsusi diqqət ayırır və bu konsertin keçirilməsində də məqsəd autizm spektr pozuntusu olan fərdlərin cəmiyyət tərəfindən qəbul edilməsi prosesinə töhfə verməkdir.
"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova isə autizm spektr pozuntusu ilə yaşayan fərdlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasının, onların sosial həyatda, təhsildə və iş dünyasında bərabərhüquqlu üzvlər kimi iştirakının əhəmiyyətini vurğulayıb.
"Gəncə Mall"un meneceri Şərif Ələkbərli isə "PAŞA Mall" adından çıxış edərək belə həssas və vacib layihələrə ev sahibliyi etməyin onlar üçün qürurverici olduğunu bildirib.
Daha sonra 10 gəncdən ibarət "Mavi Ürəklər" inklüziv muqisi qrupu öz rəngarəng repertuarları ilə 1 saat ərzində Gəncə sakinlərinə və şəhərin qonaqlarına xoş anlar bəxş ediblər.
Məlumat üçün bildirək ki, "Bank of Baku" və "Birgə və Sağlam İctimai Birliyi"nin heyəti konsertdən əvvəl Gəncədə yerləşən Autizm Mərkəzinə də baş çəkib. Mərkəzdə təhsil alan uşaqlar üçün rəsm master klassı təşkil edilib.
Qeyd edək ki, Bank of Baku Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin dəstəklənməsinə yönəlik layihələrini davam etdirir. Bank ötən il də "Kaşalata" kafesində autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan gənclərlə birlikdə kətan çanta boyama master klassı keçirmişdi.
Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku
Bank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDURBank of Baku-dan Autizm Maarifləndirmə ayına özəl layihə: SEVGİ VARSA, FƏRQ YOXDUR/ banker.az

Banklar     Tarix: 28 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti