Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
®Biznes fəaliyyətində korporativ sosial məsuliyyəti də daima diqqətdə saxlayan Bank of Baku növbəti könüllü qanvermə aksiyası həyata keçirib.
13 may tarixində Bank of Baku-nun Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan aksiya talassemiya, hemofiliya və digər qan xəstəlikləri olan insanlara dəstək məqsədi daşıyıb.
"Qan donorluğu həyat xilas edir!" şüarı ilə baş tutan aksiyada Bank of Baku əməkdaşları könüllü qan donoru olaraq fəal şəkildə iştirak edib. İlkin tibbi müayinədən uğurla keçən əməkdaşlardan həkimlərin nəzarəti altında qan götürülüb.
Qeyd edək ki, toplanan qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçirildikdən sonra qana ehtiyacı olan insanlar üçün istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Bank of Baku bir neçə ildir ki, qanvermə aksiyası təşkil edir, bununla da könüllü qan donorluğunun həyati əhəmiyyətini vurğulayaraq insanları qan verməyə təşviq edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku








/ banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət