"Bank of Baku" xalis mənfəətini 14%, aktivləri isə 20% artırıb
"Bank of Baku" ASC 2026-cı ilin ilk yarısını 16,1 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.
Banker.az bankın yarımillik hesabatına istinadən xəbər verir ki, bu göstəricinin artımı əsasən xalis faiz gəlirlərinin 14,6%, qeyri-faiz gəlirlərinin isə 30,1% artması hesabına təmin olunub. Bununla yanaşı, faiz xərcləri 44,2%, qeyri-faiz xərcləri 13,6% artıb.
Bankın faiz və qeyri-faiz gəlirləri birlikdə116,6 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 26% çoxdur. Cəmi xərclər (faiz, qeyri-faiz xərcləri və ehtiyat ayırmaları daxil olmaqla) isə 95,5 milyon manata çataraq 29,1% artıb.
2026-cı il iyulun 1-nə "Bank of Baku"nun cəmi aktivləri 1 milyard 391,6 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 20,7% artım deməkdir. Aktivlərin əsas hissəsini təşkil edən xalis kredit portfeli 1 milyard 5,4 milyon manata yüksələrək 16,7% artıb və bankın aktivlərinin 72,2%-ni formalaşdırıb.
Ümumi kredit portfeli isə 1 milyard 60,8 milyon manata çataraq 16,5% genişlənib. Portfel strukturunda istehlak kreditləri 17,1% artaraq 819,8 milyon manata yüksəlib və portfeldə dominant mövqeyini qoruyub. Biznes kreditləri 16,1% artaraq 172,7 milyon manata, ipoteka kreditləri isə 10,0% artaraq 68,2 milyon manata çatıb. Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər isə üç dəfədən çox artaraq 135,6 milyon manata yüksəlib.
Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 23,9% artaraq 1 milyard 210,3 milyon manata çatıb. Depozit portfeli 28,2% artımla 948,9 milyon manata yüksəlib. Bu artım həm fiziki şəxslərin depozitlərinin 23,8% artaraq 828,6 milyon manata, həm də hüquqi şəxslərin depozitlərinin 69,6% artaraq 120,3 milyon manata çatması ilə dəstəklənib. Bankın kapitalı 3,1% artaraq 181,3 milyon manata, bölüşdürülməmiş mənfəəti isə 3,9% artaraq 115,6 milyon manata yüksəlib.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Layihə menecmenti nədir?
Biznesə aid ən yaxşı 10 kitab
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Birbank xidmətinə necə qoşulmaq olar?