"Bank Respublika" sığorta şirkətində əlavə səhm almaqla payı 93%-i keçib
"Bank Respublika" ASC səhmdarı olduğu sığorta şirkəti "BakıSığorta" ASC-də iki şəxsdən səhmləri satın almaqla payını 79.4193 faizdən 93.3157 faizə yüksəldib.
Banker.az-ın "İnvestisiya" bölməsinin əldə etdiyi təsdiqlənmiş sənəddə bu bildirilir.
"BakıSığorta" ASC-nin hazırda 8.92 milyon manat nizamnamə kapitalı var.
Ölkənin beş ən iri bankından biri olan "Bank Respublika" sığorta şirkətinin səhmlərini Behbud Nəcəfov və Murad Rəhimovdan satın alıb. Sığorta şirkətinin buna qədər səhmdarları Behbud Nəcəfov Çingiz oğlu 6.9312%-lə (814 səhm) və Murad Rəhimov Arif oğlu 6.9653%-lə (818 səhm) payları vardı.
Hazırda digər səhmdar olan "Ekolizinq" MMC-nin 6.6843%-lik payı və ya 785 səhmi isə dəyişməz qalıb.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları