Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilib

Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilibQlobal maliyyə xidmətləri şirkəti olan "Bank of New York Mellon"un (BNY Mellon) yüksək vəzifəli əməkdaşlarından ibarət geniş nümayəndə heyəti "Bank Respublika"nı ziyarət edib.
Bankın yaydığı məlumatda bildirilir ki, "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə keçirilən görüşdə tərəflər BNY Mellon-un ölkəmizin qlobal maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsindəki rolundan, eləcə də Bank Respublika ilə əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Qeyd edilib ki, Bank Respublika ölkə bankları arasında qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək BNY Mellon-da ABŞ dolları ilə müxbir hesabı açmağa müvəffəq olmuş ilk banklardan biridir. BNY Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar bazarında Banka olan yüksək etimadın növbəti göstəricisidir.
Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradır.
Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilibBank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilibBank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilib/ marja.az

Banklar     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

Xaricə pul köçürmələri – daha çox ölkəyə, daha sərfəli şərtlərlə

Yelo Bank xaricə köçürmə xidmətinin coğrafiyasını genişləndirərək müştərilərinə ABŞ, Kanada, Türkiyə, Sinqapur və Koreyaya daha rahat və sərfəli şəkildə pul göndərmək imkanı təqdim edir. Yeni əhatə dairəsi ilə müştərilə

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-də keçiriləcək iclasında uçot dərəcəsini dəyişməyərək 6,75 % səviyyəsində saxlayacaq. Bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"dan bildirilib. ING qey

Azərbaycan Mərkəzi Bankının sədrinə müşavir təyin edildi

Rəna Ənvər Paşa qızı Məlikova 2026-cı ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankın müşaviri vəzifəsinə təyin edilib. bunu AMB-yə istinadən xəbər verir. Bununla da müşavirlər ümumilikdə yeddi şəxsdən ibarətdir. Rəna Məlikov

ABB-dən yüksək gəlirli əmanət kampaniyası

Müştərilərə sərfəli fürsətlər yaradan ABB yeni əmanət kampaniyasına start verib. "Qış təklifi" kampaniyası çərçivəsində müştərilər manatla vəsaitlərini "Klassik" əmanət və DigiDeposit üzrə ABB-də yerləşdiri

2 BOKT-ın vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı BOKT "Finans Kredit" MMC-nin və "SF Azerbaijan" BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasını

"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?

"PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. İPO "Paylaşdıqca böyüyürük – birlikdə" şüarı altında həyata keçirilir. -ın məlumatına görə, bu gün "PAŞ

"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbua

Bankların kredit portfeli 30 milyardı ötdü

Hesabat ayında bankların kredit portfeli 1.3% və ya 377.5 mln. manat artaraq. 30,063 mln. manat olub. xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:. ı) biznes kreditləri – 53.6% (16,106.3 mln. manat. ıı

Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb

2025-ci ildə Azərbaycanda sığorta bazarının həcmi 10% artaraq 1,5 mlrd. manata çatıb, sığorta ödənişlərinin həcmi isə 920 mln. manat təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov deyib. Onun sözlərin


iqtisadi xeberler biznes xeberleri dollar məzənnəsi biznes qurmaq bitkoin