Bank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub®Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın təşkilatçılığı ilə ilk dəfə olaraq sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub.
Səfərdə İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, "Bank Respublika"nın nümayəndələri eləcə də işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi hədəfləyən sahibkarlar və müəssisə rəhbərləri iştirak ediblər.
Səfər çərçivəsində Zəngilan Konqres Mərkəzində sahibkarlar üçün "Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkankları" mövzusunda tədbir keçirilib. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev,  "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış edərək sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə SİF-in "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi təqdim edilib. Bildirilib ki, mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək,  illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kredit müddətinin yarısından çox olmamaq şərti ilə, 36 aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb. 
Səfər zamanı nümayəndə heyəti həmçinin, Zəngilan Beynəlxalq Hava Limanı, Ağalı kəndi və "Araz Vadisi İqtisadi Zonası"nı ziyarət edərək qısa zaman müddətində Şərqi Zəngəzur iqtisadi rayonunda görülən böyük quruculuq işləri və böyük infrastruktur layihələri ilə də tanış olublar. 
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutubBank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutubBank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutubBank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub/ banker.az

Banklar     Tarix: 27 fevral 2024

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri