"Bank Respublika"da "Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır

®19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın bütün filial və şöbələrində, müflis elan edilmiş "Günay Bank" əmanətçilərinə kompensasiyaların verilməsi prosesinə başlanılır.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli qərarı ilə "Günay Bank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, "Günay Bank" ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində – "Bank Respublika" ASC seçilmişdir.
Əmanətçilər, kompensasiyaların alınması üçün "Bank Respublika" ASC-nin müvafiq filiallarına və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların), habelə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, "Bank Respublika"nın xidmət şəbəkəsinə ölkənin bütün bölgələrini əhatə edən 33 filial və 3 şöbə daxildir. Bunların 18-i müvafiq olaraq Bakı və Abşeronda, eləcə də regionlarda fəaliyyət göstərən 18 xidmət nöqtəsi daxildir. Əmanətçilər Bankın iş qrafikinə uyğun olaraq saat 09:00-dan 17:30-dək "Bank Respublika"nın istənilən filial və şöbəsinə müraciət edə bilər və müvafiq sənədlərin yoxlanılmasından sonra kompensasiyalarını ala biləcəklər. 
Bankın xidmət şəbəkəsi yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı www.bankrespublika.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində, eləcə də facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 19 iyun 2023

Oxşar xəbərlər

Xalq Bankdan Novruza özəl endirim təklifi

Xalq Bank Novruz bayramı münasibətilə təqdim etdiyi kampaniya ilə premium kartları endirimli şərtlərlə əldə etmək imkanı yaradır. Belə ki, müştərilər 20 mart-31 mart tarixlərdə Xalq Bankın Mastercard Black Edition və Vis

"Fitch Ratings" Azərbaycanın bank sektorunun 2026-cı il üçün perspektivlərini qiymətləndirib

Azərbaycanın "BB-" səviyyəsində olan suveren reytinqi ilə bankların böyük əksəriyyətinin reytinqləri arasında mövcud fərq maliyyə institutlarının daha zəif öz kredit profilləri ilə izah olunur (onların dayanıqlı

Bayram fürsətləri AccessBank-da

Novruz bayramı münasibətilə AccessBank müştəriləri üçün xüsusi kampaniyaya start verir. Qeyri-iş günlərində bank tərəfindən təqdim olunan sərfəli kredit şərtləri sayəsində müştərilər maliyyə ehtiyaclarını daha rahat və əlverişl

PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın

() Qarşıdan gələn Novruz və Ramazan bayramlarının tətilində PAŞA Sığorta şirkəti səyahətə gedənlərə həm sığortalı səyahət, həm də internet paketi təklif edir. Xarici ölkələrdə səyahət zamanı gözlənilməz hadisələr, sağlamlıql

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı

Vətəndaşlar üçün yeni qazanc fürsəti yaradan ABB istiqrazlarına abunə yazılışı uğurla tamamlanıb. 4 – 17 mart tarixləri arasında davam edən abunə yazılışı müddətində həm fiziki, həm də hüquqi şəxslərdən ABB istiqrazların

Təhsil kreditindən yararlanan tələbələr üçün "Sənin karyera yolun: öz təsirini yarat" mövzusunda təlim keçirilib

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla  Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlı

Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənn ümumi daxili məhsulunun (ÜDM) 46,9 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 65,7 %-i qədər - 60,6 milyard manat təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-c

"Qlobal Pul Həftəsi"ndə Bank of Baku-dan yaradıcı müsabiqə – ÖZ PULUNU YARAT

Həyata keçirdiyi layihələr ilə seçilən Bank of Baku gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb. Bank 16-22 mart "Qlobal Pul Həftəsi" (Global Money Week) çərçivəsind


iqtisadi xeberler telefonla pul qazanmaq bitkoin qiymeti bank faizleri bitkoin