"Bank Respublika"nın aktivləri 1,37 milyard manatı keçib

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank özünün inkişaf tempini daha da sürətləndirmiş və dinamik inkişafını davam etdirərək, ölkənin bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirmişdir.
 1 iyul 2022-ci il tarixinə bankın aktivləri 1,378 milyard manat çatmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək məbləğdə kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14% artaraq 106,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təqribən 2 dəfə üstələmişdir.
2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə Bankın xalis faiz mənfəəti 58% artaraq 38,78 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 14,5 milyon manata, xalis mənfəəti isə 12,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% çoxdur.
Qeyd edilib ki, Bankın  kredit portfelinin 70%-i Bank üçün prioritet sahə olan real sektordan olan müştərilərin maliyyələşdirilməsinə yönəlmiş biznes kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlığın kreditləşdirilməsinə yönəldilmiş kredit portfeli 48% artmışdır. Diqqət çəkən müsbət məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 0,77% təşkil etmişdir.
Bankın depozit portfeli 822,3 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərdən biridir. Bu öz növbəsində böyük sayda müştərilərin Bank Respublikaya tam olaraq etibar etdiyini bir daha təsdiq edir.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moodys) malikdir.

Banklar     Tarix: 25 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri