"Bank Respublika"nın gəlirlərində və mənfəətində sıçrayış

"Bank Respublika" ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 7 milyon 554 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 4 milyon 957 min manat və ya 65,6% artıb. Xalis mənfəətdəki artımın böyük hissəsi gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Bank Respublika" ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 23 milyon 52 min manat və ya 58,6% artaraq 62 milyon 406  min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 250 min manat və ya 71% artaraq 17 milyon 453 min manat təşkil edib.  
2022-ci ilin yanvar-iyun dövründə "Bank Respublika" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 79 milyon 859 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 65 milyon 336 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 14 milyon 523 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 1 milyon 487 min manat  azad olub və mənfəət 16 milyon 11 min manata yüksəlib. Bank 3 milyon 500 min manat mənfəət vergisi ödədiyindən cari ilin ilk 6 ayını 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə "Bank Respublika" ASC-nin cəmi əməliyyat gəlirləri 49 milyon 557 min manat, cəmi əməliyyat xərcləri 45 milyon 381 min manat, əməliyyat mənfəəti 4 milyon 176 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş məbləğ 3 milyon 377 mina manat, xalis mənfəəti 7 milyon 554 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 3 DƏFƏDƏN ÇOX ARTIB
"Bank Respublika"nın cəmi əməliyyat gəlirlərinin 30 milyon 302 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 19 milyon 955 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəətində 10 milyon 347 min manat və ya 3,5 dəfə (248%) artım baş verib.
BANK DAHA DA BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə "Bank Respublika" ASC-nin cəmi aktivləri 145 milyon 546 min manat və ya 11,8% aratraq 30 iyun 2022-ci il tarixində 1 milyard 377 milyon 914 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 138 milyon 307 min manat və ya 19,2% artaraq 858 milyon 248 min manata yüksəlib. Bankın istehlak kreditləri porfeli 60 milyon 162 min manat artaraq 200 milyon 873 min manata, biznes kreditləri portfeli 72 milyon 364 min manat və ya 14% artaraq 589 milyon 312 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 817 min manat və ya 9,4% artaraq 67 milyon 823 min manata çatıb.
2021-ci ilin sonu ilə müqayisədə "Bank Respublika"da sepozitlər 20 milyon 717 min manat və ya 2,6% artaraq 30 İyun 2022-ci il tarixində 822 milyon 283 min manat təşkil edib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində "Bank Respublika" ASC 106 milyon 749 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2021-ci il tarixində Bank 104 milyon 484 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 26 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq biznes xeberleri