Bank şəbəkə avadanlıqları satın alır - TENDER
"AFB BANK" Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR
Tenderin adı: "AFB BANK" ASC tərəfindən şəbəkə avadanlıqlarının satın alınması
Tenderin elan tarixi: 24.07.2024
Tenderin son tarixi: 15.08.2024
Tenderdə iştirakın (yazılı şəkildə) təsdiq edilməsinin son tarixi: 31.07.2024
Qiymət təkliflərinin göndərilməsinin son tarixi: 15.08.2024
Şəbəkə avadanlıqlarının modelləri:
1.CISCO - C9200-48P məhsulu (5 ədəd)
2CISCO - C9200-24P məhsulu (10 ədəd)
3.Fortigate 80F məhsulu (10 ədəd)
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Tender təklifi 15.09.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlərlə birlikdə 31.07.2024 tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına İlkanə Mütəllimova adına göndərməlidir.
Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcəkdir. Yaranacaq suallarla bağlı e-mail vasitəsilə ([email protected]) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84) ilə əlaqə saxlaya bilərsiniz. / marja.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
ƏDV geri al və onun üstünlükləri
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Françayzinq nədir və necə olur?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri