Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI2024-cü ilin noyabr ayı üzrə Statistik Bülleten Mərkəzi Bankın saytında yerləşdirilib.
Marja.az Bülletenə istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bank sektoru
Fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 164.6 milyon manat, cəmi öhdəlikləri 43 milyard 662.6 milyon manat, balans kapitalı 6 milyard 502 milyard manat olmuşdur.
İlin əvvəlindən bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 2%, 1.3% və 7.2% artmışdır. 
Kredit portfelinin artımı cari ilin noyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 287.6 milyon manat artaraq 27 milyard 368.1 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.9% (14 milyard 746.7 milyon manat);
ıı) istehlak kreditləri – 30.8% (8 milyard 422.9 milyon manat) 
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 198.6 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir. 
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.6%-i və ya 35 milyard 192 milyon manat. Depozit portfelinin 60.6%-i (21 milyard 332.1 milyon manat) hüquqi şəxslərin, 39.4%-i (13 milyard 859.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (9 milyard 34.8 milyon manat) milli valyutada, 34.8%-i (4 milyard 825.1 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 60.4%-i (8 milyard 371.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.7% və ya 56.6 milyon manat artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 833.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.2%-ni təşkil etmişdir. 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.1 faiz bəndi azalaraq 34.1% təşkil etmişdir. 
2024-cü ilin yanvar – noyabr aylarında banklar tərəfindən 966.5 milyon manat xalis mənfəət, 1 milyard 535.8 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. 
30 noyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 483, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,200 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 153 nəfər artaraq 25,219 (ilin əvvəlindən 7% və ya 1,650 əməkdaş) nəfər təşkil etmişdir. 
Monetar sektor
Cari ilin noyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 1.3% artaraq 34 milyard 639 milyon manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 75.9 milyon manat artaraq 2 milyard 674 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır. 
Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.7%, kredit kartları üzrə 3.2% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artmışdır. 2024-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 939 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3.2 miylon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5%, POS-terminalların sayı 36.7% artmışdır.

Banklar     Tarix: 25 dekabr 2024

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun